Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmələr Konyaya yollanır

A+ a-
18 Aprel 2015 13:08

     Yeniyetmələrdən ibarət seçmə komandamızın 10 üzvü Konyada 5-ci Rumi Uşaq oyunlarında iştirak edcəklər.

     Yeniyetmələrin böyük məşqçisi, əməkda məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə yarışa yollanan idmançılardan 9 karateçi kumiteyə, 1 nəfər isə kata üzrə mübarizəyə qatılacaq. Oğlanlardan Hümmət Baxşəliyev (-52 kq), Anar Novruzov (-57 kq), Əbülfəz Rəhimov (-63 kq), Əli Quliyev (-70 kq), Nİyazi Məmmədov (+70 kq), qızlardan isə İnci Əzizova (-47 kq), Mədinə Sadıqova (-47 kq), Emiliya Mitilimova (-54 kq) və Bəsti İsmayılova (+54 kq) tatamiyə çıxacaqlar. Ceyhun İsmayılov kata yarışlarında çıxış edəcək.

     10 idman növü üzrə keçirilən 5-ci Rumi Uşaq oyunlarına yollanan nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının baş katibi Mir-Cabbar Seyidov rəhbərlik edəcək. 19 apredlə Türkiyəyə yola düşən heyət ayın 24-də Bakıya dönəcək.