Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Luka Valdesi Bakıda növbəti seminarda

A+ a-
16 Aprel 2015 18:27

     Bakı 2015 1-ci Avropa Oyunlarında yüksək nəticələr göstərmək üçün səfərdbər olunan Azərbaycan Milli Karate Federasiyası (AMKF) kata üzrə dəfələrlə dünya və avropa çempionu, həmçinin onlarla bu və digər mötəbər yarışların mükafatçısı Luka Valdesini növbəti dəfə seminara dəvət edib.

     Baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən seminarda məhşur italiyalı mütəxəssis əsasən milli komandamızın üzvləri və məşqçilər üzərində çalışır. Hədəf isə Avropa oyunlarının kata yarışlarında iştirak edən Tural Balcanlı ilə Ədilə Qurbanovanın medallara sahib ola bilməsidir. AMKF-in prezidenti Yaşar Bəşirov və kata üzrə böyük məşqçi Vahd Ayvazov da hazırlıq prosesində iştirak edir. 

     Xatırladaq ki, kata üzrə İtaliya milli komandasının baş məşqçisi Luka Valdesinin fevralın ikinci yarısında Bakıya səfərindən bir müddət sonra Tural Balcanlı Avropa çempionatında yalnız bürünc medal uğrunda dəfələrlə dünya və avropa çempionatlarının mükafatçısı, tanınmış fransız idmançısı Min Duk Vuya məğlub olmaqla ilk beşliyə düşüb.