Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İspan mütəxəssisin təlimləri davam edir

A+ a-
18 Fevral 2015 19:22

     Bakı 2015 1-ci Avropa Oyunlarına hazırlığın bir hissəsi kimi Azərbaycan Milli Karate Fedasiyası və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəvəti ilə ölkəmizdə səfərdə olan dünya şöhrətli ispan mütəxəssis Antonio Oliva Seba idmançılarımızla məşqlərini davam etdirir. O, yeniyetmə və gənclərin ardından böyüklərdən ibarət milli komanda ilə hazırlıqlara başlayıb. 

      İdmançılarımızın fərdi xüsusiyyətlərini araşdıran Antonio Oliva Seba karateçilərimizə lazımi göstərişlər və tövsiyyələr verir, onların barəsində məşqçilərlə məsləhətləşmələr aparır. Azərbaycan karateçilərində daha böyük perspektivlər görən qonaq, bu təlimlərin yarışlarda nəticələrimizə müsbət təsir göstərəcəyindən əmindir.

     24 fevraladək Bakıda olan A.O.Seba gün ərzində 2 dəfə milli komandamızın hazırlıqlarına bir neçə saat vaxt ayırıb.