Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Şahin Atamovdan ilin ilk medalı...

A+ a-
25 Yanvar 2015 01:25

 

     Böyüklərdən ibarət milli komandanın kapitanı Şahin Atamov (+84 kq) "Paris Open" Premyer Liqa turnirinin bürünc medalına sahib oldu. 6 döyüş keçirən idmançımız bir birinin ardınca yunanıstanlı Spiridon Marqaritopulosu 7:2, franslı Bilal Boutikarı 6:3, yaponiyalı Daiçi Kondonu 2:1 və belçikalı Brayan Vanvavaesbergeni 2:1 hesab ilə məğlub etsə də, yarımfinalda misirli Mansur Ossamaya 1:2 hesabı ilə uduzaraq təsəlliverici görüşlərə qalmalı oldu.

     O, bu mərhələdə hollandiyalı Lardu Tayron-Darnelə 4:2 hesaı ilə qalib gələrək kiçik dünya çempionatı hesab edilən Premyer Liqa turnirində üçüncü yeri tutdu. Qeyd edək ki, Ş Atamovun çəkisində 20-dən artıq ölkədən ölkədən 80 idmançı mübarizə aparıb.