Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xorvatiya Qran Prisindən 6 medalla...

A+ a-
18 Yanvar 2015 23:09

 

     Azərbaycan karateçiləri 2015-ci ilin ilk beynəlxalq yarışından yüksək nəticə ilə dönürlər. Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Samabor şəhərində 23-cü Xorvatiya Qran Prisini 6 medalla başa vurublar. 

     Yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Hümmət Baxşəliyev (-52 kq) və 16-17 yaşlı gənclər seçmə komandasının liderlərindən Ülvi Qurbanov (61 kq) Qran Prinin qalibi olublar. 16-17 yaşlı seçmə komandadan Fəridə Əliyeva (+59) və 18-20 yaşlı gənclərdən Sevinc Mehdiyeva (-50 kq) yalnız finalda üstünülüyü əldən verərək gümüş mükafatlara sahib olublar. 14-15 yaşlı yeniyetmələrdən Murad Balakişiyev (-70 kq) ilə Murad Hacızadə (+ 70kq) isə bürünc medallara yiyələniblər. Daha iki idmançımız - İsa Məmmədovla (16-17 yaşlı gənclər, -76 kq) və Vəli Vəliyevin (16-17 yaşlı gənclər, +76 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı olsa da, nəticədə onlar medalçılar sırasına düşə bilməyiblər. Yarışın favoritlərindən Hüseyn Əlyev (16-17 yaşlı gənclər, -68 kq) ilk görüşdə zədələnərək yarışı tərk etməli olub.

     Beynəlxalq hakim Vüqar Kərimov ilə milli dərəcəli hakimlər Cavid Rəfiyev və Mayis Mədətov da yarışı idarə edən referilər arasında olublar. 21 ölkədən 204 klub, o cümlədən 1732 müxtəlif yaşlı karateçi mübarizə aparıb. Onlardan 1238 idmançı fərdi kumitedə 437 nəfər fərdi kata, 16 nəfər fiziki qüsurlular arasında fərdi kata, 41 komanda isə komanda kata yarışlarına qatılıb. İdmançılarımızın turnirdə çıxışları federasiyanın rəsmi veb səhifəsi və "Facebook" səhifəsi ilə "online" rejimdə təqdim edilib.

Böyük məşqçilər Anar Allahverdiyev ilə Şahin Xudaverdiyevin rəhbərliyi altında Xorvatiya Qran Prisində iştiraak edən aşağı yaşlı karateçilərimizi fevralın əvvəlində daha məsul yarış gözləyir. Yeniyetmə və gənclərimiz 6-8 fevral tarixlərind' İsveçrənin Sürix şəhərində Avropa çempionatında iştirak edəcəklər.