Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

2014-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirildi

A+ a-
26 Dekabr 2014 18:30

     Azərbaycan Karate Federasiyası (AKF) 2014-cü ilin yekunları ilə bağlı mətbuat konfransı təşkil edib. Ölkənin müxtəlif KİV nümayəndələrinin iştirakı ilə yığıncaqda ilin uğurlu keçdiyini bildirən AKF-in prezidenti Yaşar Bəşirov əldə edilən nəaliyyətlər və irəliləyişlərdən danışıb. Y.Bəşirov bu il idmançılarımızın 17 beynəlxalq yarışda 67 qızıl, 37 gümüş və 92 bürünc olmaqla 196 medal qazandıqlarını söyləyib. O, komanda kumite yarışlarında karateçilərimizin Avropa çempuonluğunun federasiyanın yaranmasının 20 illik yubileyinə layiqli bir hədiyyə olduğunu qeyd edib.  

     Jurnalistlərin suallarını cavablandıran 1-ci vitse-prezident, baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə qazanılan uğurların göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. İ. Qasımzadə federasiyanın daima inkişaf etdirilməsinin baş sponsor ABB İdarə heyətinin sədri Cahangir Hacıyevin hər zaman diqqətində olduğunu nəzərə çatdırıb. 

     Vitse-prezident Yusif Məmmədov, baş katib Mircabbar Seyidov və milli komandanın baş məşqçisi Rəhman Hətəmov jurnalistləri maraqlandıran digər suallara aydınlıq gətiriblər. Bildirilib ki, əsas hədəf olan Bakı 2015 1-ci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə aparılır və karateçilərimizin qarşıdakı bu nüfuzlu yarışdan ürəkaçan nəticələr əldə edəcəyi gözlənilir.

    Mətbuat konfransı federasiyanın yeni saytının təqdimatı və ilk dəfə müxtəlif nominasiyalar üzrə qaliblərin mükafatlandırılması ilə davam edib. 

    P.S.Federasiyanın 2014-cü ildə fəaliyyətini qısaca əks etdirən press-relizlə burada tanış ola bilərsiniz.