Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Doğum gününüz mübarək!

A+ a-
19 Aprel 2023 11:26

    19 aprel tarixində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti, Dünya Karate Federasyasının (WKF) Texniki komitəsinin üzvü, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü, "Əməkdar idman xadimi", Biologiya elmləri namizədi, "Əməkdar idman ustası" və 8-ci dan qara kəmər sahibi Yaşar Əyyub oğlu Bəşirovun doğum günüdür. 

    Yaşar Bəşirov tərəfindən 1994-cü ildə yaradılan AMKF 26 illik tarixində dünya və avropa çempionları yetişib, komanda yarışlarında böyük uğurlar əldə olunub, bir sıra mötəbər yarışların onlarla qalib və mükafatçıları var. Azərbaycan karateçiləri onun rəhbərliyi ilə federasiyasının fəaliyyətində mümkün olan bütün titullara nail ola biliblər. Yüksək nəticələr göstərən Azərbaycan ötən illər boyu dünyanın ən inkişaf etmiş karate ölkələri sırasındadır. 

     Son illər Azərbaycanda keçirilən Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi onlarla ölkəni əhatə edən mötəbər yarışlarda karateçilərimizin ən yüksək zirvələrə qalxmasında, Y.Bəşirovun böyük xidmətləri olub. O, uğurlu fəaliyyətinə görə dövlət rəhbəri, Milli Olimpiya Komitəsinin porezidenti Cənab İlham Əliyev tərəfindən "Şöhrət ordeni" ilə də mükafatlandırılıb. 

    Federasiyanın kollektivi təşkilatın prezidenti Yaşar Bəşirovu doğum günü münasibəti ilə təbrik edir, ona uğurlu rəhbər fəaliyyətində daha böyük zəfərlər arzulayır.