Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avropa çempionatının fərdi yarışlarında medal şansları məlum oldu

A+ a-
23 Mart 2023 18:19

     Azərbaycan karateçiləri 22-26 Mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində böyüklərin Avropa çempionatının fərdi yarışlarının 5 medalı uğrunda mübarizə aparacaq. 

 

     İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva final döyüşlərinə çıxacaq. Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq) və Fidan Teymurova (-50 kq) isə bürünc medal görüşlərində iştirak edəcək. 

 

     Fərdi yarışların mükafatçıları 25 Mart tarixində məlum olacaq. 23 Martda başlanan komanda yarışlarının həlledici görüşləri isə 26 Martda keçiriləcək. 

     

     5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edir. 24 martda Para-Karate üzrə Avropa çempionatında 4 idmançımız yarışacaq.  

 

 

 

Media və İctimaiətlə İşlər katibi Sənan Məhərrəmov, Qvadalahara, İspaniya.