Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılarımız Fujeira turnirini 6 medalla başa vurdu

A+ a-
27 Fevral 2023 11:44

     Karateçilərimiz Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin son günü daha iki medal qazanıb. 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (-45 kq) qızıl medala, Zeynəb Nəbiyeva isə (-52 kq) gümüş mükafata sahib olub. 

 

Xatırladaq ki, 4 gün davam edən nüfuzlu yarışın əvvəlki günləri Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclərvə Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) ikinci pilləni, Raul Səfərəliyev (-63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü sıranı tutub. Klub yetirmələrindən "Qara Qaplan"-ın idmançıları iki qızıl, bir gümüş və bürünc, "Arpaçay" bir qızıl, Sumqayıt idmançısı isə bir bürünc medala sahib olub. İdmançıları yarışda milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev, eləcə də Akif Kərimov müşayiət edib. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olub. 

 

     23-26 fevral tarixlərində mövsümün ilk Karate1 Youth League turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıb. Mötəbər yarışda  67 ölkədən 1169 idmançı iştirak edib. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Fuceira, BƏƏ.