Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Raul Səfərliyev bürünc mükafatçı oldu

A+ a-
26 Fevral 2023 09:27

      Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin mükafatçısı olub. Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq nüfuzlu turnirin bürünc medalını qazanıb. 

 

     Xatırladaq ki, 23-26 fevral tarixlərində yarışın əvvəlki günləri Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclərvə Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) isə ikinci pilləni tutub. 

 

     Mövsümün ilk Karate1 Youth League turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda  67 ölkədən 1169 idmançı iştirak edir. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Fuceira, BƏƏ.