Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Gənclər daha iki medal qazandı

A+ a-
25 Fevral 2023 11:39

     Amin Yadigarlı (-55 kq) və Rumil Cəfərli (-76 kq) 16-17 yaşlı gənclər arasında Karate1 Youth League turnirinin mükafatçıları olub. A.Yadigarlı qızıl medal, R.Cəfərli gümüş mükafat qazanıb. 

     Xatırladaq ki, bir gün əvvəl Nicat Kərimli (-75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində mötəbər turnirin gümüş medalına sahib olub.

     Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda  67 ölkədən 1169 idmançının iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Fuceira, BƏƏ.