Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska yeni mənzillə mükafatlandırılıb

A+ a-
09 Yanvar 2023 20:11

     Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. 

     Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

     Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub. Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - o cümlədən karate üzrə Azərbaycan qadın milli komandasının lideri, dəfələrlər Dünya və Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının qalibi, eləcə də Olimpiya ikincisi İrina Zaretskayaya yeni mənzilin orderini təqdim edib.

     Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi qazanılan nəticələrə yüksək dəyər verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığını bildirir və əmin edir ki, karateçilərimiz bundan sonra da beynəlxalq arenalarda ölkə idmanının şərəfini yüksək tutacaq.

     Yüksək nəticələrə görə yeni mənzillə mükafatlandırılan İrina Zaretska dövlət başçısına ünvanladığı sözlərində bildirib: "Cənab Prezident, mənim idman nailiyyətlərimə verilən belə yüksək qiymətə görə Sizə təşəkkür edirəm. Siz həmişə bizə dəstək olmusunuz və buna görə karate belə yüksək səviyyəyə çatıb. Ümid edirəm ki, qarşıdakı oyunlarda və ola bilsin ki, gələcək Olimpiya Oyunlarında yeni medallar və titullar qazanmağa davam edəcəyik. Peşəkar idmanın və elit idmanın inkişafı üçün hər cür şərait yaratdığınız üçün sizə təşəkkür edirik." O, bu fikirlərini İnstagram sosial şəbəkəsində şəxsi səhifəsində həmçinin ingilis dilində dünya karate ictiamiyyətinə də çatdırıb.