Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan karateçiləri 2022-ci ilin rəsmi yarışlarını 159 medalla başa vurdu

A+ a-
26 Dekabr 2022 13:36

     Azərbaycan Milli Karate Federasiyası 2022-ci ili də əvvəlki illər kimi uğurlu başa vurub. Milli komandanın üzvləri il ərzində yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa və Dünya çempionatında, həmçinin V İslam Həmrəylik Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edib.

 

     2022-ci ildə qazanılan 159 medaldan 63 qızıl, 37 gümüş, 59 medal isə bürüncdür. İdmançılarımız Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından rəsmi yarışlarında Gənclər liqasında 2 qızıl, 2 gümüş və 2 bürünc medal, Seriya A turnirində  1 qızıl, 1 gümüş və 4 bürünc medal, Premyer liqa 4 qızıl, 3 gümüş və 5 bürünc medal, müxtəlif mötəbər beynəlxalq yarışlarda isə  18 qızıl, 7 gümüş və 15 bürünc medal qazanıblar.

 

     Karateçilər həmçinin Yeniyetmə və Gənclərin Avropa çempionatında 3 qızıl və 2 bürünc medal, bu yaş qrupları üzrə Dünya çempionatında  2 qızıl və 2 bürünc medala sahib olub. Böyüklər Avropa çempionatında 1 gümüş və 2 bürünc medal, eləcə də Para-Karate üzrə qitə çempionatında  2 qızıl və 1 gümüş medal, V İslam Həmrəylik Oyunlarında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. 

 

     Bundan başqa milli komandanın üzvləri Dünya Şotokan Federasiyasının (WSF) Avropa çempionatında 17 qızıl, 11 gümüş və 18 bürünc medala, Dünya çempionatında isə 13 qızıl, 9 gümüş və 6 bürünc medala sahib olub. Bütün bu uğurlu nəticələrdən əlavə beynəlxalq hakimlər statuslarını yüksəltməyə nail olub. Sentyabrda ilk dəfə keçirilən "Olimpiya ümidləri" uşaqlar arasında beynəlxalq turnir WKF-in rəsmi təqvim planına daxil edilib.

 

     Sentyabrda Bakıda ilk dəfə təşkil edilən Karate1 Premyer Liqa seriyası turniri WKF tərəfindən ilin ən yüksək səviyyəli turniri kimi qiymətləndirilib. Paytaxtımızda növbəti səfərdə olan WKF-in prezidenti Antonio Espionos Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin qəbulunda olub, Azərbaycan karatesinin yüksək səviyyədə inkişafını və dünya karate ailəsində böyük nüfuza malik olduğunu qeyd edib.