Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rəşid Süleymanov Karate1 Youth League turnirinin bürünc mükafatçısı olu

A+ a-
10 Dekabr 2022 11:40

     Rəşid Süleymanov 16-17 yaşlı gənclər arasında (-68 kq) Karate1 Youth League turnirinin bürünc medalını qazanıb. 9-11 Dekabrda İtaliyanın Jesolo şəhərində mötəbər yarışın eyni yaş qrupunda daha bir bürünc medalı görüşündə isə Oksana Nakoneçna (-59 kq) qələbəni əldən verib.

 

     Turnirdə digər idmançılarımızdan U14 yaş qrupunda Hüseyn Sadiqov (-40 kq), Əfqan Tarverdi (-45 kq) və Nicat Məmmədmirzəyev (kata), 14-15 yaşlı yeniyetmələr arasında Rəsul Qasımov, Fərid Məmmədov və Nicat Məmmədəliyev (hər ikisi -52 kq), Nəsimi Musayev, Nihat Cabbarov və Rəvan Abasov (üçü də-57 kq), Adil Mahmudov (70+ kq), həmçinin Səbinə Fərzəli və Sunay Kazımlı (hər ikisi -54 kq), Nəzrin Piriyeva isə (54+ kq) çəki dərəcəsində çıxış edəcək.

 

     16-17 yaşlı gənclərdə İlham Əkbərov, Amin Yadigarlı və Zakir Hüseynov (üçü də -55 kq), Nihat Kazımzadə (-76 kq) mübarizə aparıb.

 

     İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edir. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev hər iki turnirinin referiləri arasında olacaq. Nüfuzlu yarışda 58 ölkədən 2660 idmançı iştirak edəcək.

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Jesolo, İtaliya.