Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Renata Ərəbli XXX Venice Cup turnirinin üçüncüsü oldu

A+ a-
09 Dekabr 2022 12:50

     Renata Ərəbli (böyüklər -61 kq) 7-8 Dekabr tarixlərində XXX Venice Cup turnirinin bürünc medalını qazanıb. Bir-birinin ardınca İtaliya (9:0), Ukrayna (7:2), İngiltərə (3:1) və İsveçrə idmançılarına qalib gələn R.Ərəbli yarımfnalda Ukraynalı rəqibinə 2:4 hsabı ilə məğlub olub. O, bürünc medal uğrunda italiyalı rəqibi ilə 4:2 hesablı qələbə ilə başa vurub.

 

     Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi iştirak edib.

 

     9-11 Dekabrda Jesoloda Karate1 Youth League turnirinin U14 yaş qrupunda Hüseyn Sadiqov (-40 kq), Əfqan Tarverdi (-45 kq) və Nicat Məmmədmirzəyev (kata), 14-15 yaşlı yeniyetmələr arasında Rəsul Qasımov, Fərid Məmmədov və Nicat Məmmədəliyev (hər ikisi -52 kq), Nəsimi Musayev, Nihat Cabbarov və Rəvan Abasov (üçü də-57 kq), Adil Mahmudov (70+ kq), həmçinin Səbinə Fərzəli və Sunay Kazımlı (hər ikisi -54 kq), Nəzrin Piriyeva isə (54+ kq) çəki dərəcəsində çıxış edəcək.

 

     16-17 yaşlı gənclərdə İlham Əkbərov, Amin Yadigarlı və Zakir Hüseynov (üçü də -55 kq), Nihat Kazımzadə (-76 kq), qızlardan isə Oksana Nakoneçna (-59 kq) mübarizə aparacaq.

 

     İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edəcək. Beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev hər iki turnirinin referiləri arasında olacaq. Nüfuzlu yarışda 58 ölkədən 2660 idmançı iştirak edəcək.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Jesolo, İtaliya.