Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılarımız Moskvada 6 medal qazandı

A+ a-
29 Noyabr 2022 16:15

     11 karateçimizdən 6 nəfəri 27 Noyabrda Rusiyanın paytaxtında "Moscow - Karate Universe" beynəlxalq turnirini medallarla başa vurub. Mükafatların biri qızıl və gümüş, dördü isə bürüncdür. 

 

     Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə heyətdə idmançılarımızı və kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib. Böyüklər arasında "Moscow - Karate Universe" beynəlxalq turnirində 15 ölkədən 307 idmançı mübarizə aparıb. Medal qazanan karateçilərə əyarına müvafiq olaraq pul mükafatı da təqdim olunub. 

 

 tak