Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ayxan Mamayev və Mədinə Sadiqova bürünc medal qazanıb

A+ a-
20 Noyabr 2022 22:00

     Milli komandanın üzvləri İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirində iki bürünc medalını qazanıb.

 

     Ayxan Mamayev (-84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) və Mədinə Sadiqova (-55 kq,  şəxsi məşqçisi Seymur Xudaverdiyev) nüfuzlu yarışı üçüncü yerdə başa vurub. Digər karateçimiz Renata Ərəbli (-61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançılarımızı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib. 

        

     18-20 Noyabr tarixlərində mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi iştirak edib.

 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Cakarta, İndoneziya.