Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Daha 2 idmançımız bürünc medal görüşlərində!

A+ a-
19 Noyabr 2022 20:52

     Mədinə Sadiqova (-55 kq) və Renata Ərəbli (-61 kq) İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirinin bürünc medalı uğrunda həlledici görüşə çıxacaq.

 

     M.Sadiqova Yaponiya idmançısı ilə, R.Ərəbli isə Taypeyli karateçi ilə mübarizə aparacaq. Xatırladaq ki, bir gün əvvəl bürünc medal görüşünə vəsiqə alan Ayxan Mamayevin (-84 kq) rəqibi İran idmançısı olacaq. 

   

     18-20 Noyabr tarixlərində mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi qatılıb. 

 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Cakarta, İndoneziya.