Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ayxan Mamayevdən bürünc medal şansı

A+ a-
18 Noyabr 2022 17:19

     Ayxan Mamayev (-84 kq) İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirinin bürünc medalı uğrunda mübarizə aparacaq. 

 

     Yarışa ikinci dövrədən başlayan A.Mamayev Belçika və Portuqaliyalı idmançılara qalib gəlsə də, 1/4 finalda Yaponiya təmsilçisinə məğlub olub. Təsəəliverici görüşlərdə ukraynalı idmançını mübarizədən kənarlaşdıran Ayxan Mamayev bazar günü mükafat uğrunda qarşılaşmada İran idmançı ilə tatamiyə çıxacaq. 

  

     18-20 Noyabr tarixlərində mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi qatılıb. 

 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Jakarta, İndoneziya.