Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komandanın üzvləri Seriya A turnirində

A+ a-
16 Noyabr 2022 18:34

     Karateçilərimiz 18-20 Noyabr tarixlərində İndoneziyanın paytaxtı Cakartada Karate1 Seriya A turnirində iştirak edəcək. 

 

     Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev yarışda 13 idmançını müşayiət edəcək. Sultan Hüseynov, Ramil Baxşəliyev (hər ikisi -60 kq), Nuran Rzazadə, Firdovsi Fərzəliyev (hər ikisi -67 kq), Fərid Ağayev, Tural Ələkbərli və Samir İbrahimov (üçü də -75 kq), Ayxan Mamayev (-84 kq), eləcə də Fidan Teymurova (-50 kq), Mədinə Sadiqova və Suada Kərimova (hər ikisi -55 kq), Ayla Rzazadə və Renata Ərəbli (hər ikisi -61 kq) mötəbər turnirin medalları və reytinq xalları uğrunda mübarizə aparacaq.

 

     Mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi qatılacaq. 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Jakarta, İndoneziya.