Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və Gənclər Dünya çempionatından 4 medalla dönür

A+ a-
30 Oktyabr 2022 21:07

     Azərbaycan karateçiləri Türkiyənin Konya şəhərində Dünya çempionatında iki qızıl və iki bürünc medal qazanıb. 

     

     Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Türkiyənin Konya şəhərində Dünya çempionatında ilk medalları qazanıb. 

 

     21 yaşadək gənclər arasında Əminağa Quliyeva (-60 kq) Dünya çempionu olub. Fərid Savadov (-55 kq) isə 16-17 yaşlı gənclərin yarışında qızıl medal qazanıb.

 

     Bürünc medalları İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, -52 kq) və Rəşid Süleymanov (16-17 yaşlı gənclər, -68 kq) sahib olub. Bu nəticə ilə Azərbaycan 40 medal qazana bilən ölkə arasında 6-cı olub. 

 

     Konyada Yeniyetmə və gənclərin 12-ci Dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edib. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparıb.

 

 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Konya, Türkiyə