Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılarımız Dünya çempionatında ilk medalları qazanıb

A+ a-
29 Oktyabr 2022 21:36

     Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Türkiyənin Konya şəhərində Dünya çempionatında ilk medalları qazanıb. 

     

     Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq) Dünya çempionu olub. İsmayıl Xamoyev (14-15 yaşlı yeniyetmələr, -52 kq), Rəşid Süleymanov (16-17 yaşlı gənclər, -68 kq) yarışın bürünc medalını qazanıb. Bazar günü 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (-60 kq) final görüşündə, Nuran Rzazadə (-67 kq), Hüseyn Hüseynzadə (-84 kq) və Osman Osmanlı (84+ kq) isə bürünc medal uğrunda döyüşlərə qatılacaq.

     

     Konyada Yeniyetmə və gənclərin 12-ci Dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edir. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparır.

 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Konya, Türkiyə