Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

“Azərbaycan Budo - yapon döyüş sənətləri festivalı” təşkil olunub

A+ a-
09 Oktyabr 2022 00:56

Oktyabrın 8-də Yaponiyanın ölkəmizdəki səfirliyi və bir sıra federasiyaların birgə təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Bakı İdman Sarayında “Azərbaycan Budo - yapon döyüş sənətləri festivalı” təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan və Yaponiyanın Dövlət himnləri səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada, gənclər və idman naziri Fərid Qayıbov və ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev çıxış ediblər.
Sonra Azərbaycanda fəaliyyət göstərən yapon döyüş növlərini təmsil edən federasiya və klublardan 70 nəfərədək idmançı çıxış edib. Festivalda karate, parakarate, cüdo, paracüdo aykido, kendo, ciu-citsu kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunub.