Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılarımız Seriya A turnirinin 4 medalı uğrunda mübarizə aparacaq

A+ a-
24 Sentyabr 2022 23:19

     Fidan Teymurova (-50 kq) Karate1 Seriya A turnirinin finalına yüksəlib. Bir-birinin ardınca Belçika, Misir, Türkiyə və İran idmançılarına, yarımfinalda isə Əlcəzirli karateçiyə qalib gələn F.Teymurova qızıl medal uğrunda həlledici görüşdə Xorvtiya təmsilçisi ilə qarşılaşacaq.

     Hindistan, İran, Türkiyə və Ukrayna komandasının üzvlərini məğlub edən Osman Osmanlı (84+ kq) isə yarımfinalda uduzsa da bürünc medal qazanmağa çalışacaq. 

     Milli komandmızın əsas və əvəzedici heyətindən Mədinə Sadiqova (-55 kq), Nuran Rzazadə (-67 kq) və Murad Hacızadə təsəlliverici görüşlərdə mübarizəni davam edəcək. 

     23-25 Sentyabr tarixlərində Türkiyənin Kocaeli şəhərində başlanan Karate1 Seriya A turnirinə 75 ölkədən 1078 idmançı qatılıb.

 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Kocaeli, Türkiyə