Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Seriya A turnirində

A+ a-
22 Sentyabr 2022 13:57

     Milli komandamızın əsas və əvəzedici heyətinin üzvlərindən 20 idmançı 23-25 Sentyabr tarixlərində Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turnirində iştirak edəcək. 

 

     Kumiteçiləri kişilərən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev müşayiət edəcək. Yarışda həmçinin 5 beynəlxalq hakimimiz çalışacaq. Turnirdən əvvəl Q.Tağıyev, Şahin Xudaverdiyev, Akif Kərimov, Rənad Əliyev və digər hakimlər, qardaş ölkənin Kocaeli şəhərində müalicə alan Vətən müharibəsi qaziləri, milli komandanın sabiq üzvü Həsrət Quliyev və Həbib Namazovu ziyarət edib.   

 

     Seriya A turnirinin bu mövsüm 3-cü mərhələsinə rekord sayda, 75 ölkədən 1078 idmançı qatılıb. Nüfuzlu yarışın son mərhələsi 18-20 Noyabr tarixlərində İndoneziyanın paytaxtı Jakartada keçiriləcək. Nokaut formatlı yarışda yalnız dünya reytinqinin 32 pilləsindən aşağı idmançılar mübarizə apara bilər. 

 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Kocaeli, Türkiyə