Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komandanın üzvləri İsveçrədə

A+ a-
16 Sentyabr 2022 19:56

     Böyüklərdən ibarət milli komandanın bir neçə üzvü İsveçrəyə yollanıb. 

 

     Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), Mədinə Sadiqova (-55 kq) və İrina Zaretska (-68 kq) İnternational Bazel Open Masters ənənəvi turnirində iştirak edəcək. 

 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla birgə İsveçrəyə həmçinin kumite üzrə böyüklərin baş məşqçisi Qurban Tağıyev və beynəlxalq hakim Mir-Cabbar Seyidov da gedib. 10 yaşlı uşaqlardan, yeniyetmə və gənclər, həmçinin böyüklər və veteranlar arasında yarışlardan başqa açıq çəki dərəcəsində çıxışlar keçiriləcək.

 

     Yarışda 22 ölkədən 785 karateçi mübarizə aparacaq. 

 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov