Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azyaşlı karateçilər Dünya çempiontına 6 qızıl medalla başladı

A+ a-
09 Sentyabr 2022 21:58

     10-11 yaşlı uşaqlar arasında Elməddin Səlimli kata, şobu ippon, şobu sanbon və WKF versiyasında Dünya Şotokan Federsiyasının (WSF) 12-ci Dünya çempionatının 4 qat qalibi olub. O bu yüksək nəticə ilə "Grand Winner" kəməri mükafatına layiq görülüb. 

 

     8-9 yaşlı uşaqlar arasında şobu sanbon və WKF versiyalarında isə Emil Bünyatov çempion olub. Beləliklə azyaşlı karateçilərimiz 9-11 Sentyabr tarixlərində Çexiyanın Pardubiçe şəhərində yarışın ilk gününü 6 qızılı medalla başa vurub. 

     

     Dünya çempiontında 31 öləkədən 1804 karteçi, o cümlədən 27 idmançımız mübarizə aparır. Bu mötəbər yarışa uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, ustalar və para karateçilər qatılıb. Müxtəlif yaşlar üzrə çəki dərəcələrindən əlavə açıq çempionat da keçiriləcək.

 

Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov