Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Olympic Hopes 2022" beynəlxalq karate turniri başa çatıb

A+ a-
29 Avqust 2022 09:55

   27-28 Avqust tarixlərində Bakı İdman Sarayında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçirilib.

 

    Uşaqlar arasında təşkil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan 6-13 yaş arası 450-dək azyaşlı idmançı iştirak edəcək. Yarışın idarə edilməsində iştirakçı ölkələrdən beynəlxlaq hakimlər qatılıb. Qonaq komandaların rəsmilərinə Azərbaycanın ilk karate klublarından olan "Qaraqaplan"-ın yaradılmasının 30 illik yubileyi münasibətilə xatirə medalları təqdim edilib.

 

     Yarışdan bir gün əvvəl tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretskanın rəhbərliyi ilə seminar keçirilib. Uşaqlar arasında "Olympic Hopes 2022" beynəlxalq karate turniri Avropa Karate Federasiyasının təqvim planına daxil edilib. 

 

          

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov