Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Olympic Hopes 2022" beynəlxalq karate seminarı keçirilib

A+ a-
27 Avqust 2022 09:24

    26 Avqust tarixində Bakı İdman Sarayında "Olympic Hopes 2022" beynəlxalq karate seminarı keçirilib. 

 

    Azərbaycan Milli Karate Federasiyasının (AMKF) uşaqlar arasında təşkil etdiyi seminarı tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretska idarə edib. AMKF-in prezidenti Yaşar Bəşirov, milli komandalar və bir sıra klubların məşqçiləri seminarda iştirak edib. 

 

Beynəlxalq karate seminarına yerli klubların idmançıları ilə birgə Küveyt, Özbəkistan və Litvadan 300-dək karateçi qatılıb. Seminar başa çatdıqdan sonra AMKF və Veteran Tankçılar Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda karateçilərin yürüşü keçirilib. 

 

      

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov