Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər İslamiadada 6 medal qazandı

A+ a-
19 Avqust 2022 10:02

     Azərbaycan karateçiləri Türkiyənin Konya şəhərində  V İslam Həmrəylik Oyunlarını 6 medalla başa vurub. Mükafatların biri qızıl, ikisi gümüş, üçü isə bürüncdür. 

     

     İrini Zaretska (-68 kq, şəxsi məşqçisi Yaşar Bəşirov) yarışın ikiqat qalibi olub. Pənah Abdullayev (-84 kq, şəxsi məşqçisi Rəşad Hüseynov) və Asiman Qurbanlı (84+ kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) ikinci yeri tutub. Mədinə Sadiqova (-55 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev), Tural Ağalarzadə (-67 kq, şəxsi məşqçisi Qurban Tağıyev) və Roman Heydərov (kata, şəxsi məşqçisi Vüqar Kərimov) üçüncü pilləyə çıxıb. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət komanda kata bürünc medalı uğrunda görüşdə qələbəni əldən verib. 

     

     Milli komandaların baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov, kumite, qadınlar) və Vahid Ayvazov (kata) karateçilərin daha yüksək potensialda olmasına baxmayaraq nəticədən razı qaldıqlarını bildirib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib.

 

     Ümumiyyətlə Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Belə ki, bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 9-dan 18-dək keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb.    

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov