Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komanda Türkiyəyə yola düşdü

A+ a-
14 Avqust 2022 09:26

Karate milli komandası Türkiyənin Konya şəhərində  V İslam Həmrəylik Oyunlarına yollanıb. 

 

     Baş məşqçilər Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və böyük məşqçilər Şahin Xudaverdiyev, Rəşad Hüseynov kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), o cümlədən İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı (68+ kq) müşayiət edəcək. 

 

    Kata üzrə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərov və Zəhra Qurbanzadəni, komanda kata çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti idarə edəcək. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarının hakimləri arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızla bir yerdə olacaq. 

 

     Konyada V İslam Həmrəylik Oyunlarının karate yarışları 17-18 Avqust tarixlərində keçiriləcək.  

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov