Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Açıq Asiya çempionatından medalla

A+ a-
13 Iyul 2022 14:41

     Qırğızıstanın İssık-Kul şəhərində Dünya Şotokan Federasiyasının (WSF) növbəti Açıq Asiya çempionatı keçirilib. 

 

     Azərbaycan karateçiləri yarışda 4 medal qazanıblar. Mükafatların iksi qızıl, digərləri isə gümüş və bürüncdür. Böyüklər arasında Ülvi Məmmədov (84+ kq) Şobu sanbon növündə qızıl, Şobu ipponda isə bürünc medal qazanıb. Qadınlar arasında Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə yarışın qalibi olan Valeriya Rudakova (-55 kq) isə Şobu ippon növündə gümüş medala sahib olub.

 

     İdmançılarımız Açıq Asiya çempionatında WSF-nin İdarə heyətinin üzvü Rənad Əliyevin rəhbərliyi altında çıxış edib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhrrəmov