Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

11-ci Dünya Oyunlarının təntənəli açılış mərasimi keçirilib

A+ a-
08 Iyul 2022 10:33

Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində 11-ci Dünya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. 36 idman növü üzrə multi-idman oyunlarında iştirak edən 103 ölkənin nümayəndələri Protective Stadium arenasında rəsmi paradla staidona daxil olub. Azərbaycanı açılış mərasimində karate üzrə milli komandanın üzvləri və federasiya rsmiləri təmsil edib. Komandaların paradında Azərbaycan bayrağını Tokio olimpiadasının gümüş mükafatçısı, dəfələrələ Dünya və Avropa çempionu İrina Zaretskaya həvalə olunub.  

Sonra Beynəlxalq Dünya Oyunları Assosiasiyasının (IWGA), Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı arenaya gətirilərək nümayiş etdirilib. Rəsmi çıxışlarda Alabama ştatının Birmingem şəhərinin meri Randall Voodfin və IWGA-nın prezidenti Xose Perurena yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Müxtəlif növlər üzrə tanınmış idmançı, məşqçi, hakim və federasiya rəsmisi Dünya Oyunlarında mübarizədə Fair-Play qaydaları və idman prinsiplərinə sadiq qalacaqları üçün and içib.

ABŞ-ın aparıcı ağır sənaye şəhərlərindən olan Birmingemin tarixi və inkişafını əks etdirən kütləvi bədii kompozisiya və rəqslər, ölkənin, eləcə də Alabama ştatnın tanınmış müğənni və qruplarının ifası idman camiəsi və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Təntənəli açılış mərasimi səmada BOK-un və Dünya Oyunlarının loqotipləri, həmçinin bu multi-idman yarışında bir sıra növlərin qrafik təsviri əks olunan xüsusi effektlərin nümayişi və atəşfəşanlıqla başa çatıb.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Birmingem, Alabama. Amerika Birləmiş Ştatları