Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Dünya Oyunlarında

A+ a-
05 Iyul 2022 10:22

     Azərbaycan karateçiləri Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində nüfuzlu Dünya Oyunlarında iştirak edəcək.

 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət milli komandanın baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də bu mötəbər yarışa vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), İrina Zaretska (-68 kq) və Roman Heydərovdan (kata) ibarətdir. 

 

     7-17 İyul tarixlərində Dünya Oyunlarının karate yarışları 8-9 İyulda keçiriləcək. Kişi və qadın karateçillər hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsi, həmçinin kata çıxışlarında mübarizə aparacaq.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov