Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmələr 3 medal uğrunda mübarizə aparacaq

A+ a-
18 Iyun 2022 00:08

     14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın üç üzvü Çexiya respublikasının paytaxtı Praqda Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq. 

 

     Bazar günü finalda Əzim Rahib (70+ kg) Aleksandr Davieslə (LUX), bürünc medal görüşündə Fatimə Məmmədova (-47 kg) Alyona Kahveçi (TUR) ilə, Aslan Dostuyev isə Aleksis Tsangarasla (CYP) görüşəcək. 18 İyunda 16-17 və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaq. Bütün yaş qrupları üzrə medal döyüşləri 19 İyunda keçiriləcək. Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 48 ölkədən 1064 idmançı iştirak edir.

 

Media və İctimaiyətlə İşlər katibi Sənan Məhərrəmov. Praqa, Çexiya