Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər milli komandası Avropa çempionatına yollanıb

A+ a-
15 Iyun 2022 17:32

     Yeniyetmə və gənclərdən ibarət milli komandamız 17-19 İyun tarixlərində Çexiya Respublikasının paytaxtı Praqada Avropa çempionatında iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 31 idmançı yer alıb.

 

     Yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, həmçinin böyük məşqçilər Seymur Xudaverdiyev və Niyazi Əliyev kumite yarışlarının 14-15 yaşlı yeniyetmələr kateqoriyasında 8 karateçini, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 10 idmançını müşayiət edəcək. 14-15 yaşlı yeniyetmələrdən Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (70+ kq), Fatima Məmmədova (-47 kq), Sabina Fərzəli (-54 kq) və Sofiya Hüseynli (54 kq), 16-17 yaşlı gənclərdə Hüseyn Hüseynov (-55 kq), Nicat Kərimli (-61 kq), Məhəmməd Xamoyev (-68 kq), Riad Ağazadə (-76 kq) və Vahid Həsənov (76+ kq), Fatima Cəbrayılova (-48 kq), Aysu Əliyeva (-53 kq), Oksana Nakoneçna (-59 kq) və Nazənin İsmayılova (59+ kq), 21 yaşadək gənclər arasında isə Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq), Fərid Ağayev (-75 kq), Abbas Dadaşov (-84 kq), Namiq Quliyev (84+ kq), Xumar Əlibəyova (-50 kq), Suada Kərimova (-55 kq), Ayla Rzazadə (-61 kq), Zəhra Əliverdiyeva (-68 kq) və Fidan Musayeva (68+ kq) medallar uğrunda yarışacaq.

 

     Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov Turan Əhmədzadə və Ramilə Heydərovanın (14-15 yaşlı yeniyetmələr), Samirə Məmmədovanın (16+17 yaşlı gənclər) və Həsənəli Həsənovun (21 yaşadək gənclər) çıxış etməsinə üstünlük verib. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Şahin Xudaverdiyev, Rənad Əliyev, Mayis Mədətov, Mehman Mədətov və Akif Kərimov yarışın idarə edənlər arasında olacaq. C.Babayev və V.Kərimovdan başqa digər hakimlər, həmçinin Mir-Jabbar Seyidov Avropa Hakimlər Komitəsinin (EKF) nəzəri və praktiki dərslərinə qatılmaqla yanaşı, dərəcələrini artırmaq üçün imtahan verəcək.

 

     Federasiya prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov bu nüfuzlu təşkilatın yarışqabağı iclasında iştirak edəcək. Praqada Yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 48 ölkədən 1064 idmançı mübarizə aparacaq.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Praqa, Çexiya Respublikası