Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Murad Hacızadə Karate1 Series A Turnirində gümüş medal qazanıb

A+ a-
13 Iyun 2022 09:47

     Milli komandadnın üzvü Murad Hacızadə (84+ kq) Misirin paytaxtı Qahirədə Karate1 Series A turnirinin gümüş medalını qazanıb. 

 

     Finalacan 5 görüşdə Misir, Niderland və Xorvat rəqiblərinə xal vermədən qələbələrlə irəliləyən idmançımız, daha bir yerli karateçi ilə həlledici görüşdə qələbəni əldən verib. Digər idmançılarımız Samir İbrahimov və Məcid Əmirov (hər ikisi -75 kq) turniri medalsız başa vurub.

 

     Nüfuzlu yarışda 70 ölkədən 862 karateçi iştirak edib. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olub. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov