Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

“Şuşa ili” nə həsr olunmuş Respublika birinciliyi keçirilib

A+ a-
10 Iyun 2022 09:40

07-09 iyun 2022-ci il tarixlərində 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində “Şuşa ili” nə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında “Təhsil” Respublika İdman Mərkəzinin karate idman növü üzrə Respublika birinciliyi keçirilib.
 
Beynəlxalq Karate Federasiyasının qaydaları əsasında 10-11, 12-13, 14-15, 16-17 yaşlı oğlan və qızlar arasında təşkil olunan yarışa Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbindən 6 komanda olmaqla 156 nəfər idmançı qatılıb. Yarışın nəticələrinə əsasən ümumi hesabda 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi I yeri, 9 nömrəli uşaq-gənclər idman məktəbi II yeri, Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.
 
Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla, komandalar kubokla təltif olunub. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd idmançılar arasında vətənpərvərlik hissinin aşılanması, karate idman növünün təbliği və inkişaf etdirilməsi, idmançılar arasında dostluq əlaqələrinin genişləndirilməsi, uşaq, yeniyetmə və gənclər arasında yarış təcrübəsinin artırılması, qeyd olunan yaş qrupları üzrə Mərkəzin oğlan və qızlardan ibarət yığma komandasının formalaşdırılmasından ibarət olub.