Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komandanın idmançıları Avropa çempionatında ilk medallarını qazanıb

A+ a-
28 May 2022 21:40

     Türkiyənin Qaziantep şəhərində Avropa çempionatı davam edir. Karateçillərimiz yarışın başa çatmasına bir güm qalmış bir qızıl, bir o qədər də gümüş və bürünc medal qazanıb. 

 

     Para-Karate çempionatının görmə qüsurlular kateqoriyasında Emiliya Mitilinova birinci yeri tutub. Eyni yarışda Nihat Məmmədzadə isə ikinci nəticə göstərib. Böyüklərin kumite yarışında Mədinə Sadiqova (-55 kq) üçüncü yerə çıxıb. 

 

     Bazar günü karateçilərimiz komanda yarışlarının final görüşündə Fransa idmançıları ilə mübarizə aparacaq. Para-karate yarışlarında isə Eldar Əhmədov əlil arabasında idmançıların final görüşündə ispaniyalı rəqibinə qarşı çıxış edəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Qaziantep, Türkiyə.