Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçiərimiz Avropa çempionatının komanda yarışlarının finalında

A+ a-
27 May 2022 14:03

     Kişilərdən ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalına yüksəlib. 

 

     Heyətində yer Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevin yer aldığı komanda ilk görüşdə Kosovanı 3:1, ardından Portuqaliyanı 2:0, yarımfinalda isə Yunanıstan karateçilərini 3:0 hesabı ilə məğlub edib. 29 Mayda finalda rəqib çempionatın favoritlərindən olan Fransa komandası olacaq. 

 

     Fəridə Əliyeva, Ayla Rzazadə, Mədiə Sadiqova və İrina Zaretskadan ibarət qadın kumite milli komandası isə çıxışına Serbiya idmançıları üzərində 2:1 hesablı qələbə ilə başlasa da, növbəti görüşdə Xorvatiyalı karateçilərə 1:2 hesabı ilə məğlub olub. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Qaziantep, Türkiyə.