Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avropa çempionatının növbəti günü 2 bürünc medal şansı

A+ a-
26 May 2022 21:15

     Azərbaycan karateçiləri Türkiyənin Qaziantep şşəhərində böyüklərin Avropa çempionatında mübarizəyə davam edirlər.

 

     Yarışın ikinci günü fərdi çıxışlarda Mədinə Sadiqova (-55 kq) və İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata üzrə milli komandamız bürünc medal görüşlərinə qatılmaq şansı əldə edib. 28 Mayda həlledici görüşlərdə M.Sadiqova Veronika Brunori (ITA) ilə, kataçılar isə Xorvatiya komandası ilə görüşəcək. 

   

     Fəridə Əliyeva, Ayla Rzazadə, Mədiə Sadiqova və İrina Zaretskadan ibarət kumite milli komandası çıxışna Sebiyalı rəqib üzərində qələb ilə başlayıb. Qadınlar da mübarizəni 27 Mayda Xorvatiya karateçiləri ilə davam etdirəcək. Həmin gün həmçinin Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət komanda çempionatında ilk görüşünü Kosovo idmançılana qarşı keçirəcək.   

 

      27 Mayda Para-Karate üzrə Avropa çempionatı başlanacaq. Sahib Əhədov, Eldar Əhmədov, Fərrux Qaybaliyev, Emiliya Mitilinova və Nihat Məmmədzadə müxtəlif kateqoriyaların medalları uğrunda mübarizəyə qatılacaq.

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Qaziantep, Türkiyə.