Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Böyüklərin Avropa çempionatdı başlanıb

A+ a-
25 May 2022 20:17

     Türkiyənin Qaziantep şəhərində byüklər arasında karate üzrə Avropa çempionatı başlanıb.

 

     Fərdi yarışların ilk günü 6 karateçimiz mübarizəyə qatılıb. Rafael Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (84+ kq), eləcə də Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) çıxışlarını medalsız başa vurub. Çempionatın ikinci günü İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), həmçinin Əminağa Quliyev (-60 kq) və Tural Ağalarzadə (-67 kq) fərdi yarışlara qatılır.

 

     İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev kata üzrə, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət heyət, o cümlədən Fəridə Əliyeva, Ayla Rzazadə, Mədiə Sadiqova və İrina Zaretska isə kumitenin komanda yarışlarındaa iştirak edəcək. 

 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Qaziantep, Türkiyə.