Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İki karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq

A+ a-
14 May 2022 12:04

     Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində ilk yarışı günü milli komandamız üçün uğurlu keçib. 

 

     Yarışda iştirak edən 3 idmançımızdan ikisi mübarizəyə başlayıb. Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (-60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda tanınmış yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək. Şənbə günü isə daha bir idmançımız İrina Zaretska yarışda çıxış edəcək. 

 

     13-15 May tarixlərində Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində  48 ölkədən 238 idmançı iştirak edir.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov