Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Qarşıdakı Premyer Liqada 3 idmançımız iştirak edəcək

A+ a-
12 May 2022 13:07

     13-15 May tarixlərində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsi keçiriləcək.

 

     Dünya Karate Federasiyasının (WKF) bu mötəbər silsilə yarışlarında 3 idmançımız iştirak edəcək. Qadınların baş məşqçisi Denis Morozov İrina Zaretska (-68 kg) ilə birgə, Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi -60 kg) da müşayiət edəcək. 

 

     Rabatda Karate1 Premyer Liqa turnirində 48 ölkədən 238 idmançı mübarizə aparacaq. Nüfuzlu yarışın növbəti mərhələsi 2-4 Sentyabr tarixlərində Bakıda keçiriləcək.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov