Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Beynəlxalq məşq düşərgəsi başa çatıb

A+ a-
11 May 2022 12:58

     2-8 May tarixlərində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında qadın karateçilər üçün Beynəlxalq məşq düşərgəsi keçirilib. 

 

     Qadınların baş məşqçisi Denis Morozovun təşəbbüsü ilə AMKF-in təşkil etdiyi düşərgədə milli komandamızın üzvləri ilə birgə Ukraynalı Olimpiya ikincisi Anjelika Terlyuqa, Yaponiyalı Dünya və Asiya çempionu Ayumi Uekusa, eləcə də Amerika Birləşmiş Ştatları, Macarıstan və Almaniya seçmə komandalarının titullu üzvləri iştirak edib. Xarici qonaqlar düşərgəyə dəvət əsasında qatılıb.

  

     Beynəlxalq məşq düşərgəsinin 30-dək iştirakçısına həftə ərzində hər biri 2 saatdan ibarət 8 taktiki məşq keçirilib. İdmançıların imkanları təhlil edilib və məşq günlərinin sonunda sərbəst yoxlanış döyüşləri keçirilib. 

 

     Düşərgənin nəticəsindən razı qalan D.Morozov bildirib ki, tanınmış idmançıların iştirakı ilə belə hazırlıqlar perspektivli karateçilərdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, onların qələbələri üçün yeni imkanlar yaradır. O həmçinin bildirib ki, bu məşqlər həm də Avropa çempionatı, Dünya Oyunları və İslam Oyunları kimi qarşıdakı məsul yarışlara hazırlıq baxımından da önəmlidir. AMKF-in prezidenti Yaşar Bəşirov Beynəlxalq məşq düşərgəsində idmançılara uğurlar arzulayıb. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan məhərrəmov