Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Sumqayıtda Ramazan bayramı və kəmər imtahanları ilə əlaqədar tədbir keçirilib

A+ a-
03 May 2022 14:44

     Azərbaycan Milli Karate Federasiyası (AMKF) regionların inkişafı proqramı üzrə tədbirlərini davam etdirir.

  

     Sumqayıtda Ramazan bayramı ilə əlaqədar görüş və eyni zamanda Beynəlxalq Şotokan Karate Federasiyasının (SKIF) Azərbaycan nümayəndəliyinin təşkil etdiyi kəmər imtahanında uğurla çıxış edən idmançılara müvafiq kəmərlər və sertifikatlar təqdim edilib. Tədbirdə AMKF-in prezidenti və SKIF-in Azərbaycanda rəsmi nümayəndəsi Yaşar Bəşirov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, AMKF-in Sumqayt şəhəri üzrə sədri Akif Kərimov və SKIF-in Azərbaycan üzrə rəsmi nümayəndəsinin müavini Rafael Məmmədov, eləcə də fəxri qonaqlar iştirak edib. 

 

     Y.Bəşirov və E.Hümbətov və digər çıxış edənlər Sumqayıt karateçilərinin dünya arenalarında zəfərlərindən danışaraq, onların Azərbaycan idmanına verdiyi böyük töhfələrdən söz açıblar. Kəmər və sertifikatların təqdimatı ilə birgə, fəxri qonaqlar federasiya prezidenti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb. Sonda rəsmilərin idmançılar, məşqçilər və valideyinlərlə görüşü olub. Tədbir iftar süfrəsi ilə davam edib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov