Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Uşaq və yeniyetmələr Kiprdə 4 medal qazandı

A+ a-
02 May 2022 10:11

     Aşağı yaşlı karatçilərimiz Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasını 4 medalla başa vurub. Mükafatların ikisi qızıl, bir o qədəri də gümüşdür.

 

     Qızıl medallara Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U14) sahib olub. Onlardan əvvəl isə gümüş mükafatları 14-15 yaşlı yeiyetmələrinyarışında Rəşid Süleymanov (-70 kq) və Rahib Əzim (70+ kq) qazanmışdı.  

     

     29.04 - 01.05.2022 tarixlərində Limassolda Karate1 Gənclər liqasında 51 ölkədən 1612 karateçi iştirak edib.

 

     14-15 yaşlı yeniyetmələri, 16-17 və 18-21 yaşadək gəncləri İyunda Çexiyanın paytaxtı Praqada Avropa çempionatı gözləyir. Müxtəlif yaşlı milli komandanın üzvləri bu qitə çempionatına baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata), eləcə də böyük məqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və İsmayıl Quliyevin rəhbərliyi altında hazırlaşır. 

 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov