Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Gənclər liqasında çıxış edir

A+ a-
28 Aprel 2022 22:54

     Aşağı yaşlı milli komandaların üzvləri 29.04 - 01.05.2022 tarixlərində Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasında iştirak edəcək.

 

     Yeniyetmə və gənclərin baş məşqçi Anar Allahverdiyev və böyük məşqçilər Seymur Xudaverdiyev, Şahin Atamov və İsmayıl Quliyev (kata) bu dəfə 24 idmançının yarışa qatılmasını məqbul sayıb. Onlardan 4 nəfəri kata, qalanları isə kumite yarışlarında mübarizə aparacaq. Milli komandanın üzvlərindən başqa bir sıra klub idmançıları da nüfuzlu yarışda çıxış edəcək.

  

     Beynəlxalq hakimlər Seymur Məmmədov və Vüsal İsrafilov yarışı idarə edən referilər arasındadır. Limassolda Karate1 Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov