Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Qadınların növbəti beynəlxalq təlim-məşqi keçiriləcək

A+ a-
12 Aprel 2022 15:52

     Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınların baş məşqçisi Denis Morozvun rəhbərliyi ilə qadınlar arasında 6-cı Beynəlxalq təlim-məşq təşkil edəcək. 

     

     2-8 May tarixlərində AMKF-in təlim-məşq bazasında təlim-məşqlərə Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), Dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq.         

     Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarına idmançılarımızla birgə Çexiya və Yunanıstandan  karateçilər qatılmışdı. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov