Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Olympic Hopes 2022" karate turniri keçiriləcək

A+ a-
30 Mart 2022 00:00

     27-28 Avqust tarixlərində Bakıda uşaqlar arasında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək. 

 

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşəbbüsü ilə uşaqlar arasında ilk dəfə təşkil edilən böyük miqyaslı yarış Dünya Karate Federasiyasının (WKF) təqviminə daxil edilib.  Yarış ərəfəsində tanınmış Azərbaycan karateçilərinin iştirakı ilə seminar da nəzərdə tutulub. 

 

   AMKF bu turnirin hər il yay aylarında keçirilməsində və idmançı uşaqların məktəb tətili dövründə bir neçə günlük beynəlxalq idman düşərgəsi olmasında maraqlıdır. Artıq yarışa ilkin hazırlıq işləri başlanıb. Yarışın idarə edilməsinə bir neçə ölkədən beynəlxlaq hakimlər dəvət ediləcək. 

 

     Uşaqlar arasında "Olympic Hopes 2022" Beynəlxalq Karate Turnirinin əsasnaməsi ilə buradan tanış ola bilərsiniz. 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov